İdman

Buffon yenidən yığmaya çağırılır

22 Oktyabr 2019 17:24
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un qapıçısı Canluici Buffon və "Boka Xuniors"un yarımmüdafiəçisi Daniele De Rossi yenidən İtaliya yığmasının formasını geyinə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu "Skuadra Adzurra"nın baş məşqçisi Roberto Mançini deyib.

O bildirib ki, "Rai" ilə İtaliya Futbol Federasiyası arasında yeni müqavilənin təqdimatı zamanı federasiya prezidenti Qabriele Qravina ilə arasında bu barədə görüş olub: "Prezidentin ideyası ilə razılaşdım. Buffon və De Rossi 2006-cı ildəki dünya çempionatında iştirak edənlər arasında karyerasını davam etdirən yeganə oyunçulardı. Onlar bir oyunluq milliyə çağırıla bilərlər".

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-yə vəsiqəni rəsmiləşdirdiyindən, seçmə mərhələnin gələn ay keçiriləcək son oyunlarına Buffonla De Rossinin dəvət edilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.