İdman

Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdılar - VİDEO

22 Oktyabr 2019 14:44
0 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksika çempionatında "Atletiko San Luis" - "Keretaro" oyunu 85-ci dəqiqədə təxirə salınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb komandaların azarkeşləri arasında dava düşməsidir. Hər iki komandanın futbolçuları qarşıdurma yaradan azarkeşləri sakitləşdirməyə çalışıb. Ancaq daha sonra fanatlar meydana daxil olaraq, oyunçulara hücum etməyə başlayıblar. Futbolçular isə hücumlardan qorunmaq üçün meydançadan qaçıblar.

Bu səbəbdən 85-ci dəqiqədə dayandırılan qarşılaşma təxirə salınıb. Həmin vaxt  "Keretaro" 2:0 hesabı ilə öndə olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.