İdman

“Qalatasaray” Zidanı qovdura bilər

22 Oktyabr 2019 11:19
4 Şərh     Baxış: 2 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 3-cü turunda "Qalatasaray"la keçiriləcək oyun "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün sonuncu ola bilər. 

Milli.Az Kaspi.az-a istinadən xəbər verir ki, "Real" bu qarşılaşmada məğlub olsa, Zinəddin Zidanın istefaya göndərilmə ehtimalı artacaq. Məlumata görə, "Real"ın prezidenti Florentino Peres artıq bu barədə klub rəhbərliyi ilə söhbət edib. 
 
İspaniya mətbuatının iddiasına görə, Zidanı əvəz edəcək şəxs də bəllidir. Peres Joxe Mourinyonu "Real"a qaytarmaq niyyətindədir. Hətta onunla danışıqların başladığı da bildirilir.  
 
"Real" ÇL-də keçirdiyi ilk 2 oyunda cəmisi 1 xal toplayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.