İdman

"Real" "Qalatasaray"la oyun üçün heyətini açıqladı - 2 ulduz yoxdur

21 Oktyabr 2019 16:26
0 Şərh     Baxış: 1 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Qalatasaray"la qarşılaşacaq.

Goal.az xəbər verir ki, Madrid təmsilçisinin sözügedən səfər oyunu üçün heyəti açıqlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Real"da Luka Modriç və Qaret Beyl zədə səbəbindən "Qalatasaray"la oyunun heyətinə daxil edilməyib.

"Qalatasaray" - "Real" oyunu sabah, saat 23:00-da start götürəcək.

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube;

Müdafiəçilər: Daniel Karvahal, Eder Militao, Rafael Varan, Alvaro Odriosola, Serxio Ramos, Ferlan Mendi, Marselo;

Yarımmüdafiəçilər: Toni Kroos, Xames Rodriqes, Kazemiro, İsko, Federiko Valverde;

Hücumçular: Eden Hazard, Kərim Benzema, Brahim Dias, Luka Yoviç, Vinisius Junior, Rodriqo.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.