İdman

Falkao "Real"a qarşı oynayacaq? - Terimdən açıqlama

19 Oktyabr 2019 17:34
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkao Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Real"la qarşılaşacaqları matçda meydanda olmağı sual altındadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun baş məşqçisi Fatih Terim Superliqanın 8-ci turunda "Sivasspor"la oyundan (3:2) sonra mətbuat konfransında danışıb.

O, 33 yaşlı hücumçunun ağrılarının olduğunu deyib:
"Falkao bildirdi ki, ağrılarım var. 17-18 gündür ki, futbol oynamır. Məşqlərə belə çıxmır. Oynamağını istəyirik, amma necə oynayacaq, bilmirəm".

Qeyd edək ki, "Qalatasaray" - "Real" matçı oktyabrın 22-si, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.