İdman

Ayxan Mamayevə nə olub? - Özü danışdı - YENİLƏNİB - FOTO

18 Oktyabr 2019 11:14
3 Şərh     Baxış: 7 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:14

Karate üzrə Avropa çempionu Ayxan Mamayevin böyrək çatışmazlığından əziyyət çəkdiyi barədə xəbər vermişdik. 

Milli.Az bildirir ki, qafqazinfo-ya açıqlama verən idmançı son durumundan danışıb. 

Mamayev əvvəllər heç zaman belə problemlə üzləşmədiyini bildirib: "Heç vaxt böyrəklərimlə bağlı əziyyət çəkməmişəm. Sadəcə, birdən-birə güclü ağrı oldu. Xəstəxanaya gələndə aydınlaşdı ki, problem böyrəyimdədir. Hazırda vəziyyətim normaldır. Ağrılar, demək olar ki, keçib". 

Məşhur idmançı böyrək köçürülməsi olmayacağını da sözlərinə əlavə edib: "Sadəcə, böyrəklərimi yuyurlar. Getdikcə vəziyyət yaxşılaşır. Elə müalicə davam edəcək. Hər kəs mənə dəstək olur. İstər federasiya, istər dostlar, qohumlar hamısı yanımdadır. Dərdi verən Allah dərmanını da verər".

Avropa çempionumuz bu problemin karyerasına təsir edəcəyini də bildirib: "Əlbəttə ki, belə şeylər idmançı karyerasına təsir edir. Ümid edirəm ki, məndə hər şey yaxşı olacaq və qaydasına düşəcək. Sağalacam və yenidən döyüşlərə qayıdacam".

---------
09:51

Azərbaycanın karate üzrə dünya çempionu Ayxan Mamayev xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə idmançının yaxınları məlumat veriblər.

Onun böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.