İdman

Əfsanəvi futbolçu canlı yayımda göz yaşı tökdü - VİDEO

17 Oktyabr 2019 10:20
0 Şərh     Baxış: 2 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan - İngiltərə (6:0) oyunu futboldan və hesabdan daha çox meydan sahiblərinin azarkeşlərinin hərəkətləri müzakirə mövzusu oldu. Bolqar fanatlar faşist salamı verib, rəqibə qarşı irqçi hərəkətlər etdi.

Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylovun istefasına səbəb olan olaylar ölkənin əfsanəvi futbolçularında olan Xristo Stoiçkova da pis təsir edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, veteran futbolçu oyundan sonra İspaniyanın TUDN kanalında çıxışı zamanı sərt cəzaların verilməsini istəyib.
"Əlbəttə, daha sərt cəzalara ehtiyac var. Bu azarkeşlər stadionlara buraxılmamalı, hətta ağır şəkildə cəzalandırılmalıdı. İngiltərədəki kimi 5 il stadionlara girişlərinə məhdudiyyət qoyulmalıdı ki, insanlar bir daha acı çəkməsin. Siz mənim burada özümü rahat hiss etdiyimi düşünürsünüz?" - deyən Stoiçkov göz yaşlarına hakim ola bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.