İdman

Klub prezidenti futbolçulara sosial şəbəkələri qadağan elədi

17 Oktyabr 2019 09:21
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdman dünyasına sosial şəbəkələrin böyük təsir etdiyi dönəmdə Misirin "Zemalek" klubu gözlənilməz addım atıb.

Milli.Az xəbər verir ki, klub prezidenti Mortada Mansur futbolçuların oyuna köklənməsi üçün sosial şəbəkələri qadağan edib.

"Sosial şəbəkələrdə kim hesab açsa, maaşının yarısını cərimə ödəyəcək. Hər paylaşımın da cəzası olacaq", - klub rəhbəri qeyd edib.

Ötən mövsüm "Zemalek" Misir çempionatını 2-ci yerdə başa vurub. Komanda bu mövsüm 3 oyuna 7 xal toplayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.