İdman

Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb - FOTO

17 Oktyabr 2019 08:23
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın iki cüdoçusu Mərakeşdə bu gün start götürən gənclər arasında dünya birinciliyində fəxri kürsüyə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medal qazanıb.

66 kq çəkidə çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub və mundialda 3-cü yeri tutub.

Qeyd edək ki, dünya birinciliyinə 81 ölkədən 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.