İdman

"Qəbələ" - APOEL oyununa hakimlər dost ölkədən təyin olundu

16 Oktyabr 2019 21:25
0 Şərh     Baxış: 1 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Gənclər Liqası çərçivəsində 24 oktyabrda Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - APOEL (Kipr) oyununun hakimlər briqadası müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən bildirir ki, oyunun baş hakimi ukraynalı Denis Şurman olacaq. Ona həmyerliləri Valentin Kutsev və Vladimir Korotin laynsman, azərbaycanlı Vüqar Həsənli dördüncü hakim qismində kömək edəcəklər. AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik hakim-inspektor, israilli Amir Navon UEFA nümayəndəsi qismində şəhərimizə təşrif buyuracaqlar.

Qeyd edək ki, Denis Şurman indiyədək 8 beynəlxalq rəsmi oyun idarə edib. Daha çox Ukrayna 1-ci liqasında (Persha Liha) fit çalan 32 yaşlı referi heç vaxt Azərbaycan komandalarının oyunlarını idarə etməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.