İdman

Rayan Giqqz: "Azərbaycanla oyun həyati əhəmiyyət daşıyır"

16 Oktyabr 2019 07:35
0 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Xorvatiya ilə heç-heçə edən (1:1) Uels qitə birinciliyinə vəsiqə şansını davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunun üçün komanda qrupun son iki matçında Azərbaycan və Macarıstana qalib gəlməli, Slovakiyanın isə Azərbaycan və ya Xorvatiyanı məğlub etməməsinə ümid etməlidir.

Uels yığmasının baş məşqçisi Rayan Giqqz bunun baş verə biləcəyinə inanır: "Biz qrupda geridönüş edərək, xarakter göstərdik. Düşdüyümüz durumdan sonra təşviş yaşamadıq. Futbolçularımla çox vaxt keçirə bilmirəm. Amma meydanda göstərdikləri keyfiyyət məni təəccübləndirmir. Çünki məşqlərdə gördüklərimi edirlər. Bizə zərər vura biləcək iki komanda ilə qarşılaşdıq və uduzmadıq. Qrupdakı son iki oyunda mütləq qalib gəlməliyik. Bunlar bizim üçün həyati önəm daşıyır və qələbə çox vacibdir. Biz hər iki matçda qalib gəlib, Xorvatiyanın Slovakiyanı məğlub etməsinə ümid edəcəyik. Təbii ki, bunun asan olmayacağını da bilirik".

Qeyd edək ki, Uels yığmasının növbəti oyunu noyabrın 16-da Bakıda Azərbaycan millisinə qarşı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.