İdman

"Football Manager"də komandasını ÇL yarımfinalına yüksəltdi, klubdan iş təklifi aldı

16 Oktyabr 2019 07:55
0 Şərh     Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Football Manager" karyerasında Serbiyanın "Bezanija" klubunu Çempionlar Liqasının yarımfinalına yüksəldən və bu uğurunu klubla paylaşan Andrey Pavloviç klubdan iş təklifi alıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı Andrey oyunda I Liqa təmsilçisi ilə "Mançester Siti", "Tottenhem", "Bavariya" kimi klublara qalib gəlib. O açıqlamasında klubdan ona iş təklif ediləcəyini gözləmədiyini bildirib:

"Football Manager"dəki uğurlarımı onlara bildirdim və komandaya köməyim dəyə biləcək mövzular olduğunu qeyd etdim. Mənə zəng edəcəklərini düşünmürdüm.  Klub direktoru ilə danışarkən məndən şənbə günü gəlib-gəlməyəcəyimi soruşdu. Şok oldum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.