İdman

"Rekord axtarmıram, o özü məni tapır" - Ronaldu

15 Oktyabr 2019 20:49
0 Şərh     Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşan portuqaliyalılar meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Qarşılaşmada Portuqaliya millisinin yeganə qolunun müəllifi Kriştianu Ronaldu olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Yuventus"da forma geyinən ulduz futbolçu rekordlar barədə düşünmədiyini söyləyib:

"Hazırkı səviyyədə futbolçu olmağımda kömək edən komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm. Ukraynaya qalib gəlmədiyimiz üçün məyusam, amma komandamla fəxr edirəm. Hər kəs bu rəqəmə çata bilməz. Mənim neçə rekordum var, düzü bilmirəm. Rekord axtarmıram, o özü gəlib məni tapır".

Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində aktivinə 700 qol yazdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.