İdman

UEFA "əsgər salamı"na görə intizam işi açdı

15 Oktyabr 2019 20:04
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Türkiyə millisinin Avro-2020-nin seçmə mərhələsində Albaniya (1:0) və Fransa (1:1) ilə matçlarda qol sevincini əsgər salamı ilə qeyd etməsi ilə bağlı intizam işi açıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Almaniya və Fransanın müraciətindən sonra qurum bu addımı atıb.

UEFA-nın bununla bağlı Türkiyə Futbol Federasiyasını xəbərdar etdiyi, məsələ ilə bağlı izahat istənildiyi vurğulanıb.

Qeyd edək ki, türk futbolçular Albaniya və Fransa ilə görüşlərdə vurduqları qoldan sonra Suriyada hərbi əməliyyat keçirən ordularına dəstək olaraq əsgər salamı veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.