İdman

“Fənərbağça”nın zədəliləri sıraya döndü

15 Oktyabr 2019 15:03
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça" Türkiyə Super Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Dənizlispor"la oyuna hazırlığı davam etdirir.  

Milli.Az sport24.az-a istinadən xəbər verir, İstanbul klubunun zədəliləri də artıq sıraya dönüblər.

Belə ki, son dövrlər zədədən əziyyət çəkən Hasan Ali Kaldırım, Viktor Mozes və Qarri Rodriqes artıq komanda ilə məşqlərə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yalnız ölkələrinin milli komandalarına dəvət alan 8 futbolçu "Fənərbağça"nın məşqlərində iştirak etmir.

"Fənərbağça" "Dənizlispor"la oktyabrın 20-də səfərdə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.