İdman

İngiltərənin oyunu irqçiliyə görə iki dəfə dayandırıldı

15 Oktyabr 2019 14:52
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AÇ-2020-nin seçmə mərhələsində keçirilən Bolqarıstan - İngiltərə oyununda yerli fanatlar irqçi şüarlar səsləndirib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın ilk hissəsində irqçi şüarlar səsləndiyi üçün hakim oyunu iki dəfə saxlayıb.

Yerli fanatlar İngiltərə millisinin üzvləri - Tayron Minqslə Rahim Sterlinq topla olarkən meymun səsləri çıxarıb. Xorvatiyalı referi matçı saxlayan zaman Bolqarıstan millisinin kapitanı İvelin Popov tribunalara yollanıb. O, fanatlardan utandırıcı hərəkətləri etməməyi istəyib.

Qarşılaşmada İngiltərə millisi 6:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.