İdman

"Ronaldu nə deyirdisə, hakim onu edirdi" - Ukraynalı futbolçu

15 Oktyabr 2019 12:04
0 Şərh     Baxış: 2 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna milli komandasının yarımmüdafiəçisi Taras Stepanenko Portuqaliya ilə AÇ-2020-nin seçmə mərhələsindəki oyunu (2:1) şərh edib. 

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu qələbədən sonra Andrey Şevçenkonun komandası Avropa çempionatına vəsiqə qazanıb:

"Bu gün böyük iş gördük. AVRO-2020-yə 1-ci yerin sahibi kimi yollanırıq. Oyun olaraq da buna layiq idik. Təəssüf ki, hakim mübarizə aparmağa imkan vermədi. Bu hakim məni "Ayntraxt"la oyunun (Ötən mövsüm Avropa Liqasındakı "Şaxtyor" - "Ayntraxt" matçı nəzərdə tutulur) 10-cu dəqiqəsində meydandan qovmuşdu. İndiyə qədər gördüyüm ən qorxaq referidir. İlk sarı vərəqə aldığım epizodda ümumiyyətlə, rəqibə toxunmamışdım, orada Yaremçuk qaydanı pozmuşdu. Biz hər ikimiz ona bunu dedik.

Penalti? Mən sürüşmə fəndini yerinə yetirirəm, top buduma sonra əlimə dəyir və oyun davam edir. Ronaldu hakimin üstünə qaçır, deyir "penalti" və bir neçə saniyədən sonra referi 11 metrlik nöqtəni göstərir. Kriştianu bu oyunda nə deyirdisə, o, edirdi. Bu dərəcədə əyilmək olmaz".

Qeyd edək ki, Ukrayna - Portuqaliya oyununu ingiltərəli Entoni Teylor idarə edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.