İdman

Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət

14 Oktyabr 2019 19:21
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Men adasında şahmat üzrə "FIDE Grand Swiss 2019" turnirinin dördüncü turu yekunlaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, şahmatçılarımızdan yalnız Nicat Abbasov ötən turu qələbə ilə başa vurub. O, fransalı rəqibi Marie Sebagı məğlub edib. Digər şahmatçılarımız Rauf Məmmədov amerikalı Hikaru Nakamura, Vasif Durarbəyli israilli Maksim Rodşteinlə heç-heçə edib. Eltac Səfərli isə ukraynalı şahmatçı Yuri Kryvoruçkoya məğlub olub.

Qeyd edək ki, dörd turun nəticəsinə görə R.Məmmədov, N.Abbasov hərəyə 2,5 xal qazanıblar. E.Səfərli və V.Durarbəylinin isə 2 xalı var. Turnir on bir turdan ibarətdir və oktyabrın 21-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.