İdman

Həbib növbəti rəqibini açıqladı

14 Oktyabr 2019 18:09
3 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədovun növbəti rəqibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu 31 yaşlı rusiyalı idmançı "Netcast Zone"yə müsahibəsində özü açıqlayıb.

"Böyük ehtimalla rəqibim Toni Ferqyuson olacaq. Çünki başqa rəqib yoxdur. O, bunu haqq edir. Biz döyüşməliyik" - deyə Həbib bildirib.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı amerikalı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.