Bu gün AÇ-2020-nin seçmə mərhələsinin 8-ci turunda Fransa ilə Türkiyə milli komandaları üz-üzə gələcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Stad de Frans"da keçiriləcək qarşılaşma üçün satılan bilet sayı məlum olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, Fransa - Türkiyə oyununa 78 min bilet satıldığı bildirilib. Stadiondakı azarkeşlərin 40 minə yaxınının türk olacağı gözlənilir. Stadion daxilində 1400 mühafizə işçisi olacaq.
Bu gün keçiriləcək Fransa - Türkiyə oyunu saat 22:45-də start götürəcək.
Milli.Az