İdman

Balotellinin Brescia ilə imzaladığı müqavilənin şərtləri məlum oldu

14 Oktyabr 2019 18:24
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyalı forvard Mario Balotellinin Brescia ilə imzaladığı müqavilənin şərtləri məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Balotelli yeni klubunda ilinə bir milyon avro maaş alır. Müqaviləyə əsasən, forvard cari mövsüm minimum 15 qol vurarsa və komandası A seriyasında qalarsa, onun maaşı dörd dəfə artırılacaq. Amma bu iki şərtdən biri həyata keçməsə, Balotellinin maaşı 1 milyon avro olaraq qalacaq. Üstəlik Brescia yüksək liqanı tərk edərsə, onunla müqavilə ləğv ediləcək. Balotellini turnir cədvəlində ilk 5 yerdə olan komandalardan biri transfer etmək istəsə, o, klubu azad agent kimi tərk edə biləcək.

Hazırda Brescia 6 xalla turnir cədvəlində 16-cı pillədədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.