İdman

Aleksis Sançes üçün il erkən bitdi

14 Oktyabr 2019 17:59
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çili milli komandasının və İtaliyanın "İnter" futbol klubunun hücumçusu Aleksis Sançes zədələnib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 30 yaşlı hücumçu Kolumbiya ilə yoldaşlıq görüşündə (0:0) sıradan çıxıb. Görüşün ikinci hissəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib. Sançesin zədəsi ciddi olduğuna görə, o, gələn ilin yanvarınadək meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "İnter"də icarə əsasında çıxış edən hücumçu cari mövsümdə İtaliya təmsilçisində keçirdiyi 4 oyunda bir dəfə fərqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.