İdman

"Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

14 Oktyabr 2019 15:14
1 Şərh     Baxış: 3 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan - Azərbaycan oyununun baş hakimi Denis Hiqlerin millimizin vurduğu təmiz qolu saymaması Avropa mətbuatının da gündəmini zəbt edib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Macarıstan, Xorvatiya və Niderland saytları dünənki kobud səhv haqda yazıblar. Onlardan bəzilərinin sərlövhələrini təqdim edirik:

"Vecernji.hr" (Xorvatiya): "Hakimin faciəvi səhvi olmasaydı, artıq final mərhələsində idik".

"Ffcupdate.nl" (Niderland): "Hiqler Azərbaycan millisini "dəfn etdi": "İnanılmaz səhv".

"İndex.hu" (Macarıstan): "Hakimə və UEFA prezidentinə təşəkkür edirik"

"Goal.com/nl" (Niderland): "Hiqler qəzəb və inamsızlığa səbəb oldu".

"Rangado.24.hu" (Macarıstan): "VAR sistemi olsaydı, indi Macarıstanın qələbəsindən yox, xal itkisindən danışırdıq".

Qeyd edək ki, görüşün 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadənin vurduğu təmiz qolu qeydə almayan Hiqler, millimizi 1 xaldan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.