İdman

"Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımıza görə üzr istəyirik"

14 Oktyabr 2019 11:08
0 Şərh     Baxış: 2 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son anda qol vursaq da, referi saymadı. Buna görə çox təəssüflənirik. Bu gün bir xala layiq idik.

Bunu sport24.az-ın Budapeştə ezam olunmuş əməkdaşına Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Macarıstan yığmasına 0:1 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçını şərh edərkən deyib.

27 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, hollandiyalı baş hakim Dennis Yohan Hiqler oyundan sonra milli üzvlərindən üzr istəyib: "Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımıza görə üzr istəyirik. Öz oyunum haqda danışmağı xoşlamıram. Çalışdım ki, komandaya kömək edəm. Hesabda geri idik. Görüş sona yaxınlaşdıqca istər-istəməz daha çox hücüm etməyə başlayırsan. Çünki itirəcəyin heç nə olmur. Fikrimcə, baş məşqçi əvəzetmələrədən hücumameyilli futbolçuları meydana buraxdı və həmlələrimiz kəsərəli oldu".

Qarşılaşmanın 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə rəqib qapısına yol tapsa da, referi yanlışlıqla onun əllə oynadığını əsas gətirərək təmiz qolu saymayıb. Həmin epizodda topu cərimə zərbəsindən ötürən Abdullayev baş verənləri belə təsvir edib: "Cərimə meydançasında təhlükənin ən çox olduğu nöqtələr var. Həmin epizodda fikrim topu cərimə zərbəsindən ora vermək idi. Şəhriyar Rəhimovun baş zərbəsi qol olsaydı, hakim sayacaqdı. Həmin məqamda Bəhlulun əli bir qədər açıq idi. Ancaq yan xətt hakimi hər şeyi görürdü. Nə baş verdiyini başa düşmədik. Hamımız elə bildik ki, qoldur. Ancaq sonradan qeydə alınmadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.