İdman

Ranyerinin yeni klubu bilindi

11 Oktyabr 2019 19:24
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasında çıxış edən "Sampdoriya"nın yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Genuya təmsilçisi Klaudio Ranyeri ilə anlaşıb. 67 yaşlı mütəxəssislə bu gün müqavilə bağlanılacağı gözlənilir. O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.

Ranyeri bu ilin martında "Roma"nın baş məşqçisi postundan ayrılmışdı.

Xatırladaq ki, "Sampdoriya" A Seriyasından 7 turdan sonra 3 xalla sonuncu yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.