İdman

Hacı Əliyevdən uğursuzluq

11 Oktyabr 2019 16:42
2 Şərh     Baxış: 2 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş turnirinə start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev (65 kq) yarışda uğursuzluqla üzləşib.

3 qat dünya, 3 qat Avropa çempionumuz ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda digər yerli idmançı Daşa Şarastepanova uduzub - 5:7. Rəqibi 1/4 finalda məğlub olduğu üçün Hacı çıxışını başa vurub.

Xatırladaq ki, Əliyev ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.