İdman

Fransa səfirliyi Çempionlar Liqasına gedən idmançılarımıza niyə viza vermədi? - AÇIQLAMA

9 Oktyabr 2019 13:15
0 Şərh     Baxış: 1 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov "Araz" klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, qafqazinfo-ya açıqlamasında çətin vəziyyətdə qaldıqlarını bildirib.

Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib: "Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik".

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib: "Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız İran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?"

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək: "Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq".

Qeyd edək ki, "Araz" futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.