İdman

Azərbaycan çempionuna viza şoku - 4 oyunçu Belçikaya buraxılmadı

9 Oktyabr 2019 11:35
0 Şərh     Baxış: 1 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz" bu gün ilk oyununu keçirəcək.

Milli.Az xəbər verir ki, Azərbaycan çempionu "De Bres Arena"da Bakı vaxtı ilə 22:30-da Belçika təmsilçisi "Halle Gooik"lə üz-üzə gələcək.

"Araz" oyuna itkilərlə çıxacaq. Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, komanda ilə birgə Belçikaya səfər edə bilməyib. Çətin durumla üzləşən "Araz" 8 futzalçı ilə mübarizə aparacaq.

"Araz" - "Halle Gooik" (Belçika)
Hakimlər: Nikola Jelic (Xorvatiya),  Damian Jaruchievicz (Polşa), Viktor Bugenko (Moldova)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Serjio Lopez-Andujar Alonso (İspaniya)
9 oktyabr. Halle şəhəri. De Bres Arena. Saat 22:30

Qapıçılar: 12. Rövşən Hüseynli, 19. Vladislav Reznov

Oyunçular: 15. Hadi Ahmadi, 17. İsa Atayev, 11. Xətai Bağırov, 5. Murilo Borges Souza, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 10. Nihad İsmayılov, 9. Hadi Rezvan, 3. Vahid Şəfiei, 13. Amir Şocaye

Baş məşqçi: Joze Alesio Da Silva

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.