İdman

"Daha Premyer Liqada çalışmaq istəmirəm" - Venger

8 Oktyabr 2019 21:41
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransalı məşqçi Arsen Venger gələcək karyerası haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatına açıqlama verən 70 yaşlı mütəxəssis daha İngiltərə Premyer Liqasında çalışmaq istəmədiyini deyib:

"İngiltərədən bir neçə təklif alsam da, rədd etdim. "Arsenal"a olan bağlılığıma görə Premyer Liqada işləmək istəmirəm. 20 il "Arsenal"la çempionatın ilk 4 pilləsində qərarlaşdıq. Sonda bu, kifayət etmədi. Bu gün "Arsenal" Çempionlar Liqasına qatılsa, insanlar xoşbəxt olacaq".

Qeyd edək ki, 1996-2018-ci illərdə "Arsenal"ı çalışdıran A. Venger London klubuna 3 dəfə Premyer Liqa çempionluğu qazandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.