İdman

Platini yenidən futbola qayıda bilər - Cəzası bitdi

8 Oktyabr 2019 18:09
0 Şərh     Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın sabiq prezidenti Mişel Platini yenidən futbola qayıda bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, FİFA-nın Etika Komitəsi tərəfindən 2015-ci ildə futbolla bağlı fəaliyyətinə 4 illik qadağa qoyulan fransalı funksionerin cəzası bu gün başa çatıb.

Korrupsiyada şübhəli bilinən Platini həmin vaxt 8 illik cəza almışdı. Buna FİFA-nın sabiq prezidenti Yozef Blatterin təşkilatın vəsaitindən fransalının hesabına pul köçürməsi səbəb olmuşdu. Sonradan bu cəza 4 ilə qədər azaldılıb.

1972-87-ci illərdə futbolçu kimi "Nansi", "Sent-Etyenn" və "Yuventus" klubları, həmçinin Fransa yığmasında oynamış Platini üç dəfə "qızıl top"a layiq görülüb. O, 2007-2015-ci illər aralığında UEFA-ya rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.