İdman

Fransa - Azərbaycan matçının hakimləri açıqlandı

7 Oktyabr 2019 17:24
0 Şərh     Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə oyununun hakimləri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA bu ay baş tutacaq qarşılaşmaya Portuqaliyadan olan hakimlər briqadasını təyin edib. Oktyabrın 10-dakı görüşü Antonio Emanuel Karvalyo Nobre idarə edəcək. Ona yan xətt hakimləri Nuno Pereyra və Bruno Alves Xesus kömək edəcək. Dördüncü hakim funksiyasını Elder Malheyro yerinə yetirəcək.

Qeyd edək ki, Kale şəhərində yerləşən "Stad Lepope"də keçiriləcək Fransa - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.