İdman

XXI əsrdə onun kimisi yoxdur

7 Oktyabr 2019 13:53
3 Şərh     Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Lionel Messi "Sevilya" ilə qarşılaşmada (4:0) fərqlənib. 

Milli.Az kaspi.az-a istinadən bildirir ki, Leo qarşılaşmanın 78-ci dəqiqəsində qol vurub. Bu, onun cari mövsümdə vurduğu ilk qol olub. 
 
Bununla da Messi 16 mövsüm ardıcıl olaraq fərqlənməyi bacarıb. XXI əsrdə başqa heç bir futbolçu belə göstəriciyə nail ola bilməyib. 
 
32 yaşlı Messi "Barselona"nın heyətində bütün turnirlərdə 692 oyun keçirib, 604 qol vurub, 244 qol ötürməsi edib. Argentinalı futbolçunun "Barsa" ilə qüvvədə olan müqaviləsi 2021-ci ilin yayında bitir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.