İdman

"Qalatasaray"da Falkao şoku

4 Oktyabr 2019 16:44
0 Şərh     Baxış: 3 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" Super Liqanın VII turunun "Gənclərbirliyi" ilə səfər oyununa ciddi itkilərlə çıxacaq.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın 3 aparıcı üzvü heyətə daxil edilməyib. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin PSJ ilə oyunun (0:1) zədələnən Kristian Luyindama, Radamel Falkao və daha öncədən zədəsi olan Mario Lemina səfər matçında oynamayacaq.

Qeyd edək ki, "Gənclərbirliyi" - "Qalatasaray" oyunu sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.