İdman

Feyr-pley mükafatına namizəd oldu – Türkiyənin himnini oxuyan alman

3 Oktyabr 2019 18:05
1 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbaxça"nın futbolçusu Maks Kruze 2019-cu il üçün dünya və Türkiyə feyr-pley mükafatına namizəd göstərilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə "bülbüllər"in rəsmi saytı məlumat yayıb. Super Liqanın 6-cı turunun "Qalatasaray" - "Fənərbaxça" (0:0) oyununun əvvəlində Türkiyənin dövlət himnini oxuyan Kruze, qonşu ölkənin Milli Olimpiada Komitəsi tərəfindən feyr-pley mükafatına namizəd göstərilib.

Alman futbolçunun Türkiyənin himnini oxuması yerli və xarici mətbuat tərəfindən maraqla qarşılanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.