İdman

Millimizin üzvü Ukrayna klubunda

3 Oktyabr 2019 15:52
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

U-21 millimizin üzvü Arziman Rizvanov karyerasını Ukraynada davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Olimpik"lə müqavilə imzalayıb. Daha sonra klub futbolçumuzu birinci liqa təmsilçisi "Avanqard"a icarəyə verib.

Qeyd edək ki, A.Rizvanov bundan əvvəl Çexiyanın yüksək liqa klubu "Boqemians"da oynayıb. O, ikinci komandanın əsas oyunçusu olub.

Əlavə edək ki, "Avanqard" birinci liqada hazırda 7-ci pillədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.