İdman

Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib

3 Oktyabr 2019 17:24
0 Şərh     Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula 1 yarışlarının keçirilməsinə dair müqavilənin 2023-cü ilədək uzadılması, yeni yaranmış imkanlar 50 milyon dollaradək vəsaitin qənaət olunmasına şərait yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, 2019-cu ildə Azərbaycan Qran Prisini 90,2 milyon televiziya tamaşaçısı canlı izləyib və əvvəlki illə müqayisədə bu göstərici üzrə 10 faizlik artım qeydə alınııb.

2019 Azərbaycan Qran Prisi haqqında 37 mindən çox məqalə yayımlanıb. Bunun ümumi media dəyəri 131 milyon dollar təşkil edib. Ümumilikdə 307 milyon nəfər bu və ya digər şəkildə Bakı yarışı haqqında məlumat əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.