İdman

"Liverpul" cərimələndi - 100 min funt-sterlinq

3 Oktyabr 2019 14:57
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Liverpul" klubu cəzalandırılıb.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Mersisayd təmsilçisinə 100 min funt-sterlinq pul cəriməsi verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

"Liverpul"un cəzalanmasına səbəb, komandanın İngiltərə Liqa kubokunun 1/16 final mərhələsinin "Milton Kins Dons"la matçında turnirdə iştirak etmək hüququ olmayan futbolçunu oynatmasıdır.

"Liverpul" "Milton Kins Dons"u 2:0 hesabıyla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Mersisayd təmsilçisi 1/8 finalda "Arsenal"la qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.