İdman

Hacı Əliyevdən sərt açıqlamalar: Heç kim yanımda olmadı - VİDEO

2 Oktyabr 2019 16:01
1 Şərh     Baxış: 2 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdmanda qalib gəlmək də olur, məğlub olmaq da. Biz bu haqsızlığa tez-tez uğrayırıq. Mənim görüşümdə isə ilk dəfə idi belə hadisə baş verirdi. Bu, hakimlər adına böyük səhv idi. Dünya çempionatına belə zəif və təcrübəsiz hakimləri buraxmaq, ilk növbədə, Dünya Güləş Birliyinin adına ləkədir. Çünki idmanı kənardan baxanlar üçün də maraqsızlaşdırırlar.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev İctimai Televiziyada efirə gedən "Bol İdman" verilişində səsləndirib.

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidovla təsnifat mərhələsinin görüşü zamanı baş verən qalmaqalı şərh edən güləşçimiz haqsızlığa uğradığını bildirib. Hacı məşqçiləri Arif Abdullayev və Zəlimxan Hüseynova da öz iradını çatdırıb:

"Orada əvvəlcə mənə 2 xal verirlər. Sonra videotəkrara baxırlar, mən də, öz növbəmdə, sakitcə qərarı gözləyirəm. Orda bir epizod var, videosüjetdə görünür ki, hakim rusca mənə "2 xal sənindir, rahat ol" deyir. Bundan sonra dururam, döşəyin kənarında tullanıb-düşürəm və rahatlıq tapıram. Amma 1 xalın rəqibə verildiyini gördükdən sonra öz məşqçilərimizə "Siz də bir söz deyin" söyləyirəm.

Xalçada tək qaldım. Həmin vaxt heç kim yanımda olmadı. Mənə elə gəlir ki, ən azından məşqçilərimizin hər ikisi (Arif Abdullayev və Zəlimxan Hüseynov - red.) xalça üzərinə çıxmalı idilər.

Düzdür, bu da bir rol oynamayacaqdı, onlara da qırmızı vərəqə göstərəcəkdilər. Amma düşünürəm ki, mənim kimi idmançının xalça üzərində tək qalması bizim güləşimizə yaraşmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.