İdman

"Bavariya"nın iki futbolçusu zədələndi

2 Oktyabr 2019 20:52
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Tottenhem" üzərində səfər qələbəsi qazanan "Bavariya" əvəzində iki futbolçusunu itirib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, müdafiəçilər Jerom Boatenq və David Alaba sıradan çıxıb.

Fasilədə qabırğasında ağrı hiss edən Alaba ikinci hissədə meydana çıxmayıb. Boatenq isə əzələ problemi yaşadığı üçün 72-ci dəqiqədə əvəzlənməli olub. Hər iki futbolçu bu gün Münhendə tibbi müayinədən keçəcək və yalnız bundan sonra onların durumuna aydınlıq gələcək.

Qeyd edək ki, "Tottenhem" - "Bavariya" matçı qonaqların 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.