İdman

"Atletiko"nun futbolçusunun evi qarət olundu

1 Oktyabr 2019 18:02
1 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir futbolçunun evi qarət olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, növbəti qarətin "qurban"ı "Atletiko"nun yarımmüdafiəçisi Tomas Parti olub. Hazırda Madrid klubu ilə Rusiyada "Lokomotiv"lə ÇL oyununa hazırlaşan 26 yaşlı qanalı futbolçunun Madriddəki evi talan edilib. Hadisə dünən gecə saatlarında baş verib.

Soyğun zamanı evdə xidmətçi olsa da, cinayətkar ona xəsarət yetirməyib. Konkret məbləğ açıqlanmasa da, İspaniya mətbuatı mənzildən külli miqdarda pulun oğurlandığını iddia edir.

Bu, İspaniyada son 3 ayda qeydə alınan 12-ci analoji hadisədir. Müvafiq olaraq Jordi Alba, Kevin-Prins Boatenq, Alvaro Morata, Qabriel Paulista, Lukas Vaskes, Ezekyel Qaray, Xoakin Sançes, İsko, Rafael Varan, Uilyam Karvalyo, Kazemiro və Zinəddin Zidan geridə qalan 90 gündə qarətlə üzləşiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.