İdman

Cüdoçularımız Avropa kubokundan 4 medalla qayıdırlar

30 Sentyabr 2019 11:16
0 Şərh     Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.

Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar. Turnirin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.