İdman

Cüdoçularımız Avropa açıq kubokunda 4 medal qazanıblar

1 Oktyabr 2019 00:03
0 Şərh     Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıblar. Kişilər arasında 100 kiloqramdan çox çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kiloqram) Avropa kubokunun bürünc medalına sahib olub. Beləliklə, milli komandamızın üzvləri Lüksemburq yarışında 4 medal (1 qızıl, 3 bürünc) qazanıblar.

Xatırladaq ki, turnirin ilk günü Aleksandra-Larisa Florian (57 kiloqram) və Rəşad Yelkiyev (60 kiloqram) 3-cü yeri tutublar. Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.