İdman

""Qarabağ"a qalib gəlməyə, ən azı uduzmamağa çalışacağıq"

28 Sentyabr 2019 14:30
1 Şərh     Baxış: 2 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Edis Aqoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, sportlife.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"İlk oyunda səfərdə APOEL üzərində qazandığımız qələbədən sonra azarkeşlər bizə daha çox inanır. Həmin oyunda yaxşı və keyfiyyətli komanda olduğumuzu göstərdik. "Qarabağ"la evdə oynayırıq və qələbə qazanmağa çalışacağıq, amma çox çətin olacağını bilirik. APOEL-ə qarşı nümayiş etdirdiyimiz oyunu bu oyunda da sərgiləmək istəyirik".

Aqoviç Ağdam klubu ilə oyuna qələbə üçün çıxacaqlarını bildirib: "Əlbəttə, bu oyuna qələbə üçün çıxacağıq. Avropa Liqasındakı oyunlarda bizim üçün itiriləcək bir şey yoxdu. Autsayder sayılırıq və bu, bizim üçün böyük üstünlükdü. Qəbələ qazanmağa, mümkün deyilsə, oyunu uduzmamamağa çalışacağıq".

"Düdelanj"ın futbolçusunun sözlərinə görə, onların qrupdan çıxmaq şansı da var: "Düşünürəm ki, "Sevilya" qrupdakı ən böyük favoritdi və buna görə də qrupda birinci olacaqlar. İkinci kimin olacağını söyləmək üçün növbəti oyunlara baxmalıyıq. İnsanlar bu qrupda nəyəsə nail olacağımıza inanmırdılar. Amma ilk oyundan 3 xalla ayrıldıqdan sonra bizim də qrupdan çıxmaq perspektivimiz yaranıb. Qarşıda 5 oyunumuz var və bu oyunlarda çox şey ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.