İdman

""Fənərbağça"ya qol vurmaq istəyirəm" - Falkao

28 Sentyabr 2019 14:13
0 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"ya qol və qollar vurmaq istəyirəm. Çünki ölkəmdə bu qarşılaşma canlı yayımlanacaq. "Qalatasaray" forması ilə "Fənərbağça"ya qol vurmağın mənasını başa düşürəm. Bu qollar ölkəmdə də izlənəcək.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın kolumbiyalı hücumçusu Radamel Falkao komandanın "Fənərbağça"yla oyunöncəsi son məşqində keçirilən iclasda deyib. 33 yaşlı futbolçunun həftə boyu derbi oyunu üçün xüsusi motivasiya ilə hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Superliqanın 6-cı turunun ikinci günündə - bu gün əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" üz-üzə gələcək. "Sarı-qırmızılılar"ın meydanında olacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.