İdman

Mourinyo Zidanın yerinə göz dikib

28 Sentyabr 2019 10:39
0 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Joze Mourinyo bir sıra Avropa klublarının təkliflərini rədd edib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
Bildirilir ki, 56 yaşlı mütəxəssis bu addımı "Real"ın baş məşqçisi olmaq üçün atıb. Nəşr qeyd edib ki, Mourinyo hazırda Zinəddin Zidanın rəhbərlik etdiyi komandaya qayıtmaq istəyir.

Portuqaliyalı məşqçiyə dəvət göndərən klublar arasında "Şalke 04", "Monako" və "Milan" da var. 

Qeyd edək ki, son günlər "Real"ın Zinəddin Zidanla yollarını ayıra biləcəyi ilə bağlı xəbərlər yayılır. "Kral Klubu"nun Mourinyo ilə yanaşı, Massimiliano Alleqri və Raul Qonsalesin namizədliyini nəzərdən keçirdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.