İdman

"Neftçi" Qəbələ səfərində

28 Sentyabr 2019 09:11
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu gün daha bir görüş baş tutacaq.

Günün yeganə matçında mövsümə uğursuz start verən iki komanda - "Qəbələ" və "Neftçi" üz-üzə gələcək.
 
Ardıcıl məğlubiyyətlərdən sonra iki turdu xallar qazanan "Qəbələ"də işlər yoluna düşməyə başlayıb. Əyalət təmsilçisi doğma meydanda bu uğurlu seriyanın davamını gətirməyə çalışacaq.
 
Çempionluğu hədəfləyən paytaxt klubu isə ardıcıl xal itkiləri ilə üzləşməkdədi. Artıq lider "Qarabağ"la xal fərqi 13-ə çatıb. Roberto Bordinin çalışdırdığı komanda bu oyunda da uduzsa, böyük ehtimalla italiyalı mütəxəssisin istefası qaçılmaz olacaq.
 
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" "Sumqayıt"a 2:0 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" oyunları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
6-cı tur
28 sentyabr

 
"Qəbələ" - "Neftçi"
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 17:00.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.