İdman

“İndiki fanatların ataları, əmiləri, dayıları yaxşı nəticə olmayanda bizi söyüblər”

27 Sentyabr 2019 17:09
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "Neftçi"nin Müşahidə Şurasının (MŞ) növbəti toplantısı keçirilib.

Milli.Az xəbər verir ki, yığıncağa dəvət olunan idman direktoru Ceyhun Sultanov və baş məşqçi Roberto Bordinə komandanın zəif çıxışı ilə bağlı xəbərdarlıq olunub.

MŞ-nin üzvü Səməd Qurbanov "Futbol+" qəzetinə müsahibəsində rəhbərliyin heç bir günahının olmadığını deyib. O, "Neftçi"nin bu tur Qəbələdən də 3 xalsız dönəcəyi halda bütün məsuliyyətin baş məşqçinin və məşqçilər korpusunun üzərində qalacağını bildirib:

"Çünki rəhbərlik bu günə kimi komandanın uğur qazanması üçün əlindən gələni edib və edir. "Neftçi"də nə maliyyə, nə da başqa problem var. Heyət də çempionluq uğrunda mübarizə aparmaq üçün yetərincə komplekləşib. Ümid edirəm ki, "Qəbələ" ilə oyun bizim üçün dönüş nöqtəsi olacaq".

Veteran futbolçu rəhbərliyi, baş məşqçini istefaya səsləyən azarkeşlərə də müraciət edib: "Üzümü azarkeşlərə tutub demək istəyirəm ki, hadisələri qabaqlamaqda tələsməsinlər. "İstefa" qışqırmaq asandır, əsas odur çətin gündə komandanın yanında olsunlar. Söyməyə, təhqir etməyə nə var ki... Azarkeş uğurlu nəticə olmayanda həmişə hirsini bu yolla çıxmağa çalışır. Bu, bizim oynadığımız vaxtda da belə olub, indi də belədir. Hazırkı fanatların ataları, əmiləri, dayıları, yaxşı nəticə olmayanda bizi söyüblər, onların davamçıları da bu gün eyni addımı atır. Ancaq bir şeyə görə sevinirəm ki, nəticədən asılı olmayaraq, "Neftçi" fanatı ölkədə "bir nömrə"dir və belə davam etmələrini də istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.