İdman

Cüdoçumuz dünya birinciliyinin gümüş medalını qazandı - Erməniyə qalib gəldi - FOTO

26 Sentyabr 2019 18:19
0 Şərh     Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışların ikinci günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov mundialın gümüş medalını qazanıb. Cüdoçumuz Braziliya, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızıstan idmançılarına qalib gələrək finala çıxıb. Kamran həlledici görüşdə yaponiyalı Keiji Çujiokaya uduzaraq dünya birinciliyində 2-ci yeri tutub.

Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.