İdman

16 yaşlı futbolçu "Liverpul"un tarixinə düşdü

26 Sentyabr 2019 14:33
0 Şərh     Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Liqa Kubokunun 1/16 finalında "Milton-Kins Dons"la keçirilən oyun "Liverpul"un yarımmüdafiəçisi Harvi Elliot üçün əlamətdar olub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, Elliot yeni rekorda imza atıb.

Belə ki, o, 16 yaş 174 günlüyündə meydana çıxıb. Beləliklə, Elliot bu yaşda start heyətində yer alan ilk "Liverpul"lu kimi tarixə düşüb. O, eyni zamanda "qırmızılar"ın ən gənc ikinci oyunçusu olub. Bu baxımdan rekord 2012-ci ildə 16 yaş 6 günlüyündə "Vest Bromviç"lə qarşılaşmada iştirak edən Jerom Sinkleyrə məxsusdu.

Qeyd edək ki, "Milton-Kins Dons" üzərində 2:0 hesablı qələbə qazanan "Liverpul" 1/8 finala adlayıb. Elliot isə komandaya bu yay "Fulhem"dən keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.