İdman

“Beşiktaş"ın prezidenti olmaq fikrim yoxdur” - Mübariz Mənsimov

26 Sentyabr 2019 13:20
2 Şərh     Baxış: 2 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər Lənkəran" və "Palmali"nin rəhbəri Mübariz Mənsimovun "Beşiktaş"a prezident olacağına dair iddialar yayılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul klubunun İdarə Heyətinin üzvü olan azərbaycanlı iş adamı Türkiyədə fəaliyyət göstərən "Azərbaycan Kartalları" fan klubuna verdiyi açıqlamada bu iddialara münasibət bildirib:

"Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki "Beşiktaş" satılmır. Prezident olacağıma dair iddialar da var...

Mən, sadəcə, "Beşiktaş" azarkeşiyəm. Prezident olmaq kimi fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm".

İstanbul təmsilçisinə 2012-ci ildən prezidentlik edən Fikrət Orman vəzifəsindən istefa verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.